İnvaziv Qastroenteroloq-Hepatoloq
Təhsil:
1978-ci ildə Bərdə şəhərində anadan olub.
1994–2000-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil alıb.
2000–2001-ci illərdə Bakı şəhər 5 saylı Klinik Xəstəxanada internatura keçib.
2001–2006-cı illərdə M. Topçubaşov adına Elmi Tədqiqat Klinik Təbabət İnstitutunda həkim-qastroenteroloq və kiçik elmi işçi vəzifələrində çalışıb.
2006-cı ildə Türkiyə Respublikasında diplom ekvivalentliyi imtahanından uğurla keçib.
2006–2009-cu illərdə Ankara Universiteti Tibb Fakültəsinin Qastroenterologiya bölümündə assistent kimi fəaliyyət göstərib.
2018–2023-cü illərdə Vasanta Institute of Ayurvedada həkim-ayurved üzrə təhsil alıb.
Təcrübə:
2009–2011-ci illərdə Mərkəzi Gömrük Hospitalında, 2011–2012-ci illərdə Xüsusi Müalicə Sağlamlıq Kompleksində, 2012–2015-ci illərdə isə Respublika Diaqnostika Mərkəzində həkim-qastroenteroloq, hepatoloq və invaziv endoskopist kimi çalışıb.
2015–2023-cü illərdə Baku Medical Plazada həkim-qastroenteroloq kimi fəaliyyət göstərib.
2023-cü ildə özəl klinikada direktor vəzifəsində çalışıb.
2023–2025-ci illərdə FHN Tibb Mərkəzində şöbə rəisi vəzifəsində fəaliyyət göstərib.
2025–2026-cı illərdə FHN Tibb Xidmətinin rəisi vəzifəsində çalışıb.
2026-cı ildən etibarən Harmony Health Hospitalda həkim-qastroenteroloq kimi fəaliyyət göstərir.
Üzvlük:
Amerika Qastroenterologiya Assosiasiyası
EASL – Avropa Qaraciyər Araşdırmaları Assosiasiyası
Azərbaycan–Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyəti
Türk Qastroenterologiya Dərnəyi
Elmi fəaliyyət:
Bir çox elmi məqalənin müəllifidir. Yerli və beynəlxalq elmi konqreslərdə iştirak edib, elmi məruzələrlə çıxış edib.